ERMƏNİ NAZİRDƏN TÜRKİYƏ AÇIQLAMASI

Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı gəlib çatıb.

Ermənistan KİV- lərində yer alan bu bilgiyə görə bunu Ermənistanın Xİ naziri Ararat Mirzoyan, Vyanada Avstriyalı həmkarı Aleksandr Şallenberqlə keçirdiyi brifinqdə deyib. Hesab edirəm ki, bu Türkiyədəki seçki kompanyası ilə bağlı idi. Lakin indi münasibətlərin normallaşdırılması üzrə danışıqları davam etdirməyin vaxtı çatıb. Hər iki tərəf yekun və normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər – deyə Mirzoyan bildirib. O, belə mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını qeyd edib. Bir sıra digər layihələr də müzakirə olunur. Lakin hələlik dialoqun davam etdirilməsi üçün konkret tarixlər yoxdur – deyə Mirzoyan əlavə edib.