Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının
Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş keçirilir. Danışıqlarda Azərbaycan tərəfini deputat Ramin Məmmədov təmsil edəcək. Qeyd edək ki, mart ayında İlham Əliyev onu Qarabağ bölgəsinin erməni sakinləri ilə təmaslara cavabdeh şəxs kimi təyin edib. Qeyd edək ki, Ramin Məmmədovun özü də əslən Qarabağdan, Ağdərə şəhərindəndir.