ERMƏNİ EKSPERT PAŞİNYANIN GİZLİ PLANINI AÇIQLADI
Baxış sayı: 1971
Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb. Bu barədə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, 2022-ci il sentyabrın 13-14 – də ikigünlük müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı: “Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”. Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkərək qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.