ERMƏNİ DEPUTATLAR QARABAĞA BURAXILMAYIBLAR

Ermənistan parlamentinin müxalif deputatları Qarabağa buraxılmayıb. Bu barədə parlamentin vitse-spikeri İşxan Saqatelyan məlumat verib. O, iddia edib ki, məlum radikal deputatların Qarabağ bölgəsinə getməklə bağlı bəyanatlarından sonra siyasətçilərin adları Laçın dəhlizindəki nəzarət buraxılış məntəqəsində duran hərbçilərə təqdim edilib.