ELDƏN – ÇÖLƏ VERİLİŞİ ÇÖLÇÜ OBASINDA
Baxış sayı: 858
Azərbaycan təbiətini qarış – qarış gəzən, meşələrimizi, çaylarımızı, şəlalələrimizi, dağlarımızı, bir sözlə gəzməli – görməli yerlərimiz haqqda maraqlı verilişlər hazırlayan “Eldən – Çölə” komandası bu dəfəki buraxılışında Qubanın İspik meşəsində yerləşən “Çölçü Obası”nda qonaq oldu. Təbiəti hər birimizin evi hesab edən Eldən – Çölə verilişinin komandasının əsas məqsədi insanla təbiətin hər zaman vəhdətdə olduğunu aşılamaqdır.“ ÇÖLÇÜ” İctimai Birliyinin rəhbəri Eltən Qədimbəyli Eldən – Çölə verilişinin izləyicilərinə birliyin yarandığı gündən indiyənədək milli mədəni irsin qorunması, xalq oyunları, etno idman növləri, eləcə də milli sənət növlərinin araşdırılması və tanıdılması istiqamətində gördüyü işlərdən danışıb.