ELAZIĞDA MƏDƏN ÇÖKDÜ: ÖLƏN VAR

Türkiyənin Elazığ bölgəsinin Alacakaya rayonunda mədən ocağında çökmə baş verib. Türkiyə KİV-nin verdiyi bilgiyə görə çökmə Alacakaya rayonunda fəaliyyət göstərən özəl mədən ocağında baş verib. AFAD tərəfindən verilən açıqlamada, çökmə zamanı bir işçinin dağıntılar altında qaldığı bildirilib. Hadisə yerinə AFAD, təcili tibbi yardım və jandarma qrupları göndərilib. Kayaönü kəndi yaxınlığındakı xrom mədənində baş verən çökmə nəticəsində 4 işçidən 3-ü sağ-salamat xilas edilib. Təəssüf ki, dağıntılar altında qalan Həsən Coşkun adlı bir işçi həlak olub. Səbəbi hələ müəyyən edilməyən çökmə özəl xrom mədənində baş verib. Həlak olan işçinin meyitinin mədəndən çıxarılması istiqamətində işlər görülür. Hadisə ilə bağlı hərtərəfli araşdırmalara başlanılıb.