EKOAKTİVİSTLƏR QIRMIZI XAÇ-IN AVTOMOBİLLƏRİNİN KEÇMƏSİNƏ ŞƏRAİT YARADIBLAR

Ekoaksiyanın iştirakçıları yanvarın 12-də səhər Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar. Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus beş avtomobilin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub. Qeyd edək ki, bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.