Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil
olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev Sammitidə iştirak etmək üçün tədbir yerinə gəlib.Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar. Sonra birgə xatirə fotosu çəkdirildi.