Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri Dubay 2023-cü ilin birinci yarısında turizm istiqamətləri arasında dünyada birinci yerdədir. Bu barədə ötən gün Vəliəhd,
Əmirliyin İcraiyyə Şurasının sədri Həmdan bin Məhəmməd bin Rəşid Əl Məktum bildirib. “Mən 2023-cü ilin birinci yarısı üçün Dubay iqtisadiyyatının ən mühüm aspektləri haqqında hesabatı oxudum. Dubay 2023-cü ildə ən yaxşı turizm məkanı kimi tanınıb. Biz 8,5 milyondan çox turist qəbul etmişik”, - deyə o bilgi verib. Qeyd edək ki, əmirliyə səfərlər sentyabrdan dekabr ayına və martdan may ayına qədər tövsiyə olunur. Bu aylarda gündüz havanın orta temperaturu 38 dərəcə selsidən çox olmur.