DOQQUZ YAŞLI AZƏRBAYCANLI ALPİNİST

Bu günkü qəhramanımız 9 yaşlı Kürşad Qurbanlıdır. Qurbanlı Kürşad Sabit oğlu 5 fevral 2012-ci ildə Bakı şəhərində anadan olub. 3 yaşından idman bölmələrinə , 4 yaşından isə taekvandoyla məşğul olur. 7 dəfə yerli taekvando yarışlarında 1-ci yeri tutub. Kürşad 5 yaşından Taekwondo döyüş növü ilə ciddi şəkildə məşqul olur və qarşısına məqsəd qoyub ki, olimpia çempionu olacaq. Hətta o, 6 yaşında olarkən Çeçenistan Respublikasında keçirilən Qafqaz kubokunda 7-9 yaşlı uşaqlar arasında keçirilən yarışa qatılıb və 3-cü yerin sahibi olub.