DİPLOMATİK XİDMƏT ORQANLARI ƏMƏKDAŞLARI TƏLTİF EDİLİB
Baxış sayı: 1246
Prezident İlham Əliyev iyulun 8-də "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə
Abduləzimov Elşən Səməd oğlu
Allahverdiyev Elçin Hüseyn oğlu
Aslanov Azad Xanlar oğlu
Cabbarov Abbas Hüseyn oğlu
Cəfərov Sədi Rasim oğlu
Əşrəfzadə Elvin Ülfət oğlu
Hüseynova Aygün Əbülfəz qızı
Hüseynova Nigar Ramiz qızı
Qasımov Mahur Hafiz oğlu
Məmmədov Eldar Həsən oğlu
Məmmədova Hüsniyyə Rafael qızı
Soltanov Fərid Rafael oğlu
Şahyarov Şahin Arzuman oğlu
Yaqubova Aysel Şakir qızı".