DİNİ RADİKALİZM VƏ EKSTREMİZMƏ QARŞI MÜBARİZƏ APARILIR
Baxış sayı: 555
Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhlükə kimi” mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Quba RİH başçısının birinci müavini Tariyel İbrahimov dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dinin siyasiləşdirilməsi cəhdlərinə, dini radikalizm və ekstremizmə qarşı effektiv mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda birgə tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs edib.
DQİDK sədrinin müavini Sahib Nağıyev çıxışında qeyd etdi ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə dini sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət-din münasibətləri beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, ölkədə tolerantlıq mühiti, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük daha da inkişaf etdirilir. Tədbirin sonunda təşkilatçılar din xadimlərini maraqlandıran sualları cavablandırıb, onları maraqlandıran məsələlər müzakirə olunub.