DİN ƏMƏKDAŞLARI MƏKTƏBLİLƏRLƏ GÖRÜŞÜB
Baxış sayı: 457
Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq ölkənin bütün şəhər və rayonlarında orta məktəb şagirdləri ilə vətənpərvərlik mövzusunda təhsilə təşviqlə bağlı görüşlər keçirirlər. Bu tipli görüşlər 12-13 oktyabr tarixlərində Qusar rayonunun mərkəzindəki və kəndlərdəki məktəblərin IX-X-XI sinif şagirdləri ilə keçirilib. Keçirilən görüşlərdə DİN-in Polis Akademiyasının Beynəlxalq əməkdaşlıq bölməsinin rəisi, polis polkovnik-leytenantı Elçin Orucov və Qusar Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyət üzrə köməkçisi Mövlud Əliyev və digər əməkdaşları iştirak ediblər.
Qusar rayon 6 nömrəli məktəbində təşkil olunan görüşdə rayon mərkəzində yerləşən məktəblərin şagirdlərinin, eləcə də Yuxarı Zeyxur, Hil, Urva, Çiləgir və digər ətraf kənd məktəblərinin qarşısında çıxış edən polis əməkdaşları onlara sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi, xalqımızın tarixi keçmişi, ölkəmizdə yaradılan sabitlik, asayiş barədə danışıblar. Daxili İşlər Nazirliyi sistemində təhsilə təşviq edilmə polis və Polis Akademiyasının tarixi, daxili işlər orqanlarında xidmətin şərəfliliyi mövzusunda yeniyetmə və gənclərimizlə söhbətlər aparılıb.
Keçirilən görüşlərin sonunda şagirdlərin sualları cavablandırılıb.