DEPUTAT QUBADA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Milli Məclisin deputatı Vahid Əhmədov Quba rayonunda növbəti dəfə vətəndaşları qəbul edib. Mütəmadi olaraq vətəndaşları qəbul edən deputat onların təklif və şikayətlərini dinləyib. Qəbulda müxtəlif sosial qrupları təmsil edən şəxslər iştirak edib. Müraciətlərin əsas hisssəsini işlə təminat, məşğulluq, əlilliyin müəyyən olunmasında yaranan çətinliklər və digər məsələlər təşkil edib. Qaldırılan əksər məsələlər yerindəcə həllini tapıb. Qanunvericiliyə uyğun olan bəzi müraciətlər isə həll olunması üçün aidiyyat orqanlara yönləndirilib.Qəbula gələnlər müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Quba rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.