DAVİDOBA KƏNDİNƏ YOL VƏ QAZ ÇƏKİLƏCƏK

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Qımılqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon rəhbəri tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.