DAHA BİR EPİDEMİYA TƏHLÜKƏSİ...

Çin yenidən virus xəbəri ilə dünyanın diqqətini özünə cəlb edib. Ölkədə covid 19 pandemiyasından 5 il sonra metapnevmovirus yayılıb. bu barədə Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi aparılan tənəffüs nümunələrinin analizlərinin nəticələrinə istinadən bilgi yayıb. Bu xəstəlik insanlarda kəskin respirator virus infeksiyasına səbəb olur. Metapnevmovirus əsasən 14 yaşa qədər uşaqlara təsir göstərir. Bu xəstəlik xüsusilə yaşlılar, körpələr və immuniteti zəif olan insanlar üçün təhlükəli ola bilər. Bu virusa yoluxanların 43 faizi həyatını itirir. Metapnevmovirus bütün Çində aktiv şəkildə yayılır. Həmçinin, son bir ayda aparılan təhlillərə əsasən insanlar paraqrip, koronavirus, bokavirus və müxtəlif tənəffüs yolları xəstəliklərinə də yoluxurlar. Qeyd edək ki, təhlükəli virusa yoluxma halları Qazaxıstan və Qırğızıstanda da qeydə alınıb. Verilən son bilgilərə görə Qazaxıstanda bu virusa 30 yoluxma faktı var. Qazaxstan Səhiyyə Nazirliyi əhalini profilaktik tədbirlərə riayət etməyə və insanların sıx olduğu yerlərdə, xüsusən xroniki xəstəlikləri olan şəxslər üçün təmasları məhdudlaşdırmağa çağırıb.