DAF YENİ PLANLARINI AÇIQLADI
Baxış sayı: 655
Dünya Alpaqut Federasiyasının 2022 ci ilin yekunlarına həsr olunmuş hesabat konfransı keçirilib. Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində təşkil edilən toplantıda Federasiyanın İdarə Heyətinin üzvləri və eyni zamanda müşahidə şürasının üzvləri iştirak edib.
Hesabat konfansını açılışını Dünya Alpaqut Federasiyasının prezidenti, Millət Vəkili Jalə Əhmədova edərək, Federasiyanın 2022-ci il xarici ölkələrdə keçirilən tədbirlərindən, Dünya Alpaqut Federasiyasının beynəlxalq idman təşkilatlarına üzvlüyündən və qarşıda duran tədbirlər planından söz açıb.