DÜNYANIN ƏN HÜNDÜR PİYADA KÖRPÜSÜ
Baxış sayı: 958
Lanqkavi səma körpüsü Dünyanın ən yüksək və bir dayaqlı piyada körpüsüdür. Körpü Malayziyada Qanqun Mat Çinçanq dağının zirvəsində, dəniz səviyyəsindən 2300 fut hündürlükdə yerləşir. Körpü 2004-cü ildə inşa edilsə də, 2005-ci ildən istifadəyə verilib. Körpü ağır metaldan olan sadəcə bir dayağın üzərində dayanır. Körpüyə çıxmaq üçün funikulyordan istifadə edirlər.