"DÜNYANI SƏNƏT XİLAS EDƏCƏK" KİTAB-KATALOQUN TƏQDİMATI OLUB

Uluslararası Aktivist Sənətçilar Birliyinin təşəbbüsü ilə çağdaş dünya rəssamlarının əsərlərindən ibarət "Dünyanı sənət xilas edəcək" adlı kitab-kataloq çapdan çıxıb. Kitabın Bakıdakı

Atatürk mərkəzində təqdimat mərasimi keçirilib. Kataloq-kitabda 25-dən çox ölkədən 135 dünya rəssamının əsərləri yer alır. Toplunun ideya rəhbəri Azərbaycan Rəssamlar İttifaqının üzvü, Uluslararası Aktivist Sənətçilar Birliyinin Azərbaycan təmsilçisi rəssam Nəvai Mətin, məsləhətçiləri-sənətşünas Ziyatxan Əliyev, Türkiyədən olan rəssam-şair Ümit Yaşar İşıkhan və İordaniyalı rəssam İrina Averinosdur.Kitab-kataloqun ideya rəhbəri, rəssam Nəvai Mətin çıxış edərək yeni ərsəyə gələn bu toplunun nəinki yerli, hətta beynəlxalq səviyyədə də əhəmiyyət daşıdığını bildirib.Digər natiqlər də "Dünyanı sənət xilas edəcək" adlı kitab-kataloqu yüksək dəyərləndirirlər. Azərbaycanda ilk dəfə bu həcmdə və formatda nəşr edilən toplunun elə sənətə verilən əsl dəyər olduğunu bildirdilər.Təqdimat mərasiminə toplaşan digər qonaqlar da yeni ərsəyə gələn kitab-kataloq haqqında fikirlərini bölüşdülər. Toplunun ərsəyə gəlməsində zəhməti keçənlərə təbriklərini çatdırdılar.