CO BAYDEN : “BİZ İRANI AZAD EDƏCƏYİK”
Baxış sayı: 585
ABŞ Prezidenti Co Bayden Kaliforniyada çıxışı zamanı İranda 22 yaşlı gənc qızın ölümündən sonra başlayan kütləvi etirazlar barədə danışarkən bu fikirləri səsləndirib : “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə özlərini azad edəcəklər”. İran Prezidenti İbrahim Rəisi isə Co Baydenin İranı azad etmək fikrini rədd edib. O, İranın 43 il öncə İslam İnqlabı nəticəsində azad edildiyini bildirib. Qeyd edək ki, İranın dini rejiminə qarşı kütləvi etirazlar artıq 50 günə yaxındır ki, davam edir. Etirazçılara qarşı sərt tədbirlər görülsə də, hələ ki, heç bir nəticə yoxdur. İran İnsan hüquqları qurumunun açıqladığı rəsmi bilgilərə əsasən kütləvi etirazlarda 40 – ı uşaq olmaqla, ölənlərin sayı 277 nəfərə çatıb.