CƏMİ 24 SAATA SEPARATÇILARIN KÖKÜ KƏSİLDİ

Cəmi bir gün davam edən lokal tədbirlər nəticəsində Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərində suverenliyini tam olaraq bərpa etdi. Ciddi təhlükə mənbəyi sayılan qanunsuz

hərbi birləşmələr tərk-silah olunmağa razılıq verdilər. Qurama rejimin təslim aktına imza atması ilə Qarabağda separatizm meyillərinin kökünün kəsilməsi istiqamətində tarixi nailiyyət əldə edildi. Bunun bariz nümunəsi kimi Qarabağdakı silahlı erməni birləşmələrinin silah-sursatlarını təhvil verməyə başlaması oldu. Xocavənd rayonunun Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi aşkarlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.