CƏBRAYIL RAYONUN ŞAHVƏLLİ KƏNDİ
Baxış sayı: 1255
Şahvəlli kəndi Cəbrayıl rayonunda yerləşir. Kənd düzənlik ərazidədir. Kəndin adı isə burada yaşayan şahvəlli nəslinin adı ilə bağlıdır. Bu yaşayış yerinin şahvəlili nəslinin məskunlaşması nəticəsində yaranması deyilir.1993-cü ildə ermənistan ordusu tərəfindən işğal olunana kimi kənd sakinlərin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənd 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. İşğal dövründə tamamən dağıdılan kəndin yenidən bərpası və orada yaşamın yenidən canlanması isə çox yaxındır.