Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə qəbul etdiyi qərarla dünyaya yeni bir dövlətin - Türkiyə Cümhuriyyətinin qurulduğu elan edilib , Qazi Mustafa Kamal Paşa Atatürk Cümhurbaşkanı seçilib.
Müasir Türkiyə Atatürk öndərliyində türk xalqının qəhrəmanlığının şah əsəridir. « Mən milli istəyimizin zəmanəti üçün tək yolun savaş, savaşdakı uğurun olduğunu deyirəm. Bütün gücümüzü, qaynaqlarımızı, varlığımızı Orduya verəcəyik. Gücümüzü dünyaya tanıtdıracağıq; yalnız ondan sonra milləti insan kimi yaşatmaq olacaq, deyirəm...Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir". O bu düşüncənin sahibi idi. 19 may 1919-cu ildə bir neçə zabit dostu ilə kiçik bir gəmidə Samsuna gələn Mustafa Kamal görüşdüyü insanlara soyuqqanlı bir şəkildə demişdi: "Gəldikləri kimi də gedəcəklər...Tək bir hökmranlıq var , o da milli hökmranlıqdır. Ölkəni, yenə xalqın öz gücü qurtaracaqdır". Yurdun hər tərəfindən gələn xalq təmsilçiləri Mustafa Kamal Paşanın çağırışı ilə 23 aprel 1920-ci ildə Ankarada Böyük Millət Məclisinə toplandı, "Meclis Başkanı" seçilən Mustafa Kamal öndərliyində Türk Kurtuluş Savaşının başlandığı elan edildi. Tək Çanaqqala Zəfəri Türk və Müttəfiq Dövlətlərin ordusunun yarıyarıya olmaqla 500 mindən çox əsgərinin qanı bahasına başa gəldi. Həmin savaşda Komandan Mustafa Kamal aralarında çoxlu Azərbaycanlıların da olduğu hücuma keçən əsgərlərinə bu əmri vermişdi: " Mən sizə hücum əmri vermirəm. və beləliklə Atatürk və Türk xalqı Qurtuluş savaşında möhtəşəm zəfər qazandı. Və bu gün Atatürkün qurduğu Cümhuriyyət ilbəil tərəqqi edir, nüfuzunu yüksəldir, dünya birliyində haqq etdiyi yeri tutur. Çanaqqala savaşının qəhrəmanlarından olan Mustafa Kamal Atatürk bu günü ən böyük bayram olaraq dəyərləndirib. Cümhuriyyət bayramın, 96 yaşın mübarək olsun, Türkiyə!