Hər il qış mövsümündə dağıstanlı idmançılar donmuş Xunzax şəlaləsini fəth etməyə çalışırlar və bu ildə idmançılar şəlalənin zirvəsinə dırmanmaq uğrunda mübarizə aparıblar.
Dağıstan Respublikasında ənənəvi olaraq keçirilən yarışda buza dırmanma ilə məşğul olan şəxslər şəlalənin zirvəsinə çatmaq uğrunda mübarizə aparıblar. Bir çox alpinist öz şansını sınamaq üçün Xunzax şəlaləsinə toplaşıb. 2 gün davam edən yarışda idmançılarla çətinlikləri dəf edərək zirvəyə çatmağa çalışıblar. Xatırladaq ki, sözü gedən yarış 2016-cı ildən keçirilir və artıq bir ənənə halına çevrilib. Bu il şəlaləni fəth etmək üçün ölkənin hər yerindən təxminən 25 komanda iştirak edib. Alpinistlərin dırmandığı şəlalənin hündürlüyü isə 30 metrdən çoxdur.