BURSADA ŞUŞA GÜNLƏRİ KEÇİRİLİR
Baxış sayı: 510
Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Şuşa Günləri keçirilir. Tədbir çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı” statusu Bursadan Şuşaya təhvil veriləcək. Tədbirin ilk günü Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə açılış mərasimi keçirilib. “Türk dünyasının mədəniyyət paytaxtı” statusunun gələn il Şuşaya keçəcəyini xatırladan çıxışçılar iştirakçılara Şuşa haqqında geniş məlumat veriblər. Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” statusunun Bursadan Şuşaya keçməsi məqsədilə Bursada keçirilən Şuşa Günlərinin təşkilində əməyi olanlara təşəkkürnamələr və xüsusi plaketlər təqdim edilib.