BURSA ŞƏHƏRİ “TÜRK DÜNYASININ MƏDƏNİYYƏT PAYTAXTI” ELAN EDİLİB
Baxış sayı: 882
Türkiyənin Bursa şəhəri 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Qərar TÜRKSOY-un üzvü olan ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının qədim Xivə şəhərində keçirilən iclasında qəbul edilib. Tədbiri Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov açaraq, müzakirə olunacaq məsələlər haqqında məlumat verib. İclasda Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və digər nazirlər çıxış edərək TÜRKSOY çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi, üzv ölkələrdə mədəni tədbirlərin keçirilməsi, o cümlədən türk dünyasının tanınmış şəxsiyyətlərinin yubileylərinin təşkili məsələləri barədə danışıblar.