BUDUQLULAR ÖLKƏ BAŞÇISINA MİNNƏTDARLIQLARINI İFADƏ ETDİLƏR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Buduq kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon prokuroru, Dövlət

Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak edib. Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı bilgiləndirilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını ifadə ediblər. Qəbuldan əvvəl Rayon rəhbəri aidiyyəti şəxslərlə birlikdə Buduq kənd ibtidai məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Qalib Səmid oğlunun büstü ilə tanış olmuşdur.