BUDUQ KƏND SAKİNİ İŞLƏ TƏMİN OLUNDU
Baxış sayı: 686
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Buduq kənd İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Qalib Səməd oğlunun Buduq kənd ibtidai məktəbinin önündə qoyulmuş büstünü ziyarət edib və önünə gül dəstələri düzmüşlər.