BU SAATA OLAN SEÇİCİ SAYI AÇIQLANDI

Mərkəzi Seçki Komissiyasının 2024-cü ilin noyabrın 27-də keçirilmiş iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkiləri komissiya üzvlərinin yekdil qərarı ilə 2025-ci il yanvarın 29-na təyin edilmişdir. Qərarda seçkilərin 685 bələdiyyəyə keçiriləcəyi və 118 seçki dairəsini əhatə edəcəyi də öz əksini tapıb. Ölkənin hər yerində olduğu kimi Qubada da saat 8-dən etibarən seçki məntəqələri səsvermə üçün açılıb. 59 saylı Quba dairə Seçki komissiyasının sədri Mübariz Abasov bildirib ki, 11 bələdiyyə üzrə 125 bələdiyyə üzvlüyü uğrunda 257 nəfər mübarizə aparır. Səhər saat 10-a olan bilgiyə görə, seçicilərin 8,5 faizi səsvermədə iştirak edib. 60 saylı Quba dairə Seçki komissiyasının sədri Rahim Qarayevin Qafqaz TV-yə verdiyi bilgiyə görə saat 12-ə olan seçici sayı 9630 nəfərdir ki, buda seçicilərin 18,7 faizini təşkil edir.