BU GÜN AZƏRBAYCANDA YEL ÇƏRŞƏNBƏSİDİR
Baxış sayı: 559
Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir və Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır. Qeyd edək ki, martın 14-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə Azərbaycana martın 21-i saat 01:24-də daxil olacaq.