BU GÜN AZƏRBAYCAN DİLİ GÜNÜDÜR
Baxış sayı: 607
Dil hər bir xalqın tarixi keçmişi, bu günü və gələcəyini yaşadan, onun milli mənliyini təsdiq edən böyük varlıqdır. Bu gün ana dili kimi Azərbaycan dilində 50 milyondan artıq adam danışır. 50 milyondan çox insanı birləşdirən bu vasitə bir çox xüsusiyyətləri ilə digər dillərdən seçilməyin bacarır. Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. Hazırda dünyanın 90-a yaxın ölkəsində bu dildə danışanlar var.Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb. Şübhəsiz ki, bu addım Heydər Əliyevin dilimizə, xalqımıza olan sevgisinin bariz nümunəsidir. Dilimizi yaşatmaq özümüzü yaşatmaqdır. Unutmayaq ki, dilimiz dünənimizdən bu günümüzə salınana əbədi körpüdür.