BU GÜN AĞDAM ŞƏHƏRİ GÜNÜDÜR

Bu gün Ağdam Şəhəri Günüdür. İlk dəfədir ki, Ağdam Şəhəri Günü qeyd olunur. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-si

Ağdam Şəhəri Günü olacaq. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür. Ağdamın işğaldan azad olunması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Bəyanata uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-nə qədər Azərbaycana təhvil verilib. Qeyd edək ki, Ağdam 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.