Aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1983-cü ildə UNESCO-nun yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunub.
Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.Hazırda minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın anım günüdür. Tofiq Qulam oğlu Bayramov 1934-cü il dekabrın 16-da Bakıda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra APİ-nin tarix fakültəsində təhsil alıb. şairin “Ana təbəssümü”, “Mənim şair xalqım”, “Gərək elə yanım”, “Azərbaycan deyəndə”, “Ay gecikən məhəbbətim” və digər poeziya nümunələrindən ibarət kitablar oxucular tərəfində maraqla qarşılanıb. Əməkdar incəsənət xadimi 1991-ci ilin bu günü vəfat edib.18 aprel Beynəlxalq Sirk Günüdür. Sirk bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növüdür. Azərbaycanda milli sirk sənətinin tarixi çox qədimdir. Hələ qədim zamanlardan "Kovkan", "Zorxana" kimi milli xalq oyunlarında, cıdır yarışlarında, kəndirbazların və pəhləvanların çıxışlarında kəndirbazlıq, akrobatika və digər janrlarının elementləri mövcud olub. İlk peşəkar sirk heyvanxana isə Azərbaycanda XIX əsrin 90-cı illərində məşhur Nikitin qardaşları tərəfindən tikilib. 1945ci ildə ilk dəfə olaraq Azərbaycanın milli sirk truppası yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb, tərkibinə estrada və balet artistlərinin çıxışları salınıb.1967-ci ildə isə Bakı Dövlət Sirkinin binası istifadəyə verilib.Həmin dövr üçün texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir. BU GÜN həmçinin “Ümumdünya radiosevərlər” günüdür.1925-ci il, aprelin 18-də Fransanın paytaxtı Paris şəhərində “Beynəlxalq Radiosevərlər Birliyi”nin təsis edilməsinin əsas məqsədi bütün dünya ölkələrindəki radio sevərləri bir araya gətirmək, onları birləşdirmək üçün yaradılıb. Bu günü 150-dən çox ölkə qeyd edir.2007-ci ildə bir çox ölkələr bu günü “radio əlaqələrinin dünyaya yaymaq” devizi ilə çıxış edib.Onu da xatırladaq ki, “Ümumdünya Radiosevərlər günü” heç bir ölkədə qeyri-iş günü hesab olunmur.