BU ÖLKƏNİN İKİ BAŞÇISI VAR?
Baxış sayı: 15
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın davranışları bir çoxlarını, hətta dövlət rəsmilərini qıcıqlandırır. Bu barədə “Hraparak” qəzeti yazır. “Yüksək rütbəli polis zabitlərindən biri yaxın adamına şikayət edib ki, onlardan Akopyanla baş nazir kimi davranılmasını, eynilə əri kimi qarşılanıb yola salınmasını tələb edirlər. Onun sözlərinə görə, xüsusilə regionlara səfəri zamanı bütün rayon ayağa qalxır. Səfərə bir neçə gün qalmış təmizlik və digər işlər aparılır. Baş nazirin protokolunda olduğu kimi səfər barədə müvafiq strukturlara bilgi verilir ki, xanım səfərdən narazı qalmasın. Son zamanlar isə Anna həddindən artıq aktivləşib. Elə gün olmur ki, hansısa dövlət strukturuna və ya icmaya baş çəkməsin. Bu gün də onun Şirak bölgəsinə səfəri gözlənilir. O, köməkçisi Varduhi Manukyanın 44 günlük müharibədə ölən oğlu Rafo Saakyanın doğum gününə həsr olunmuş tədbirdə iştirak etmək üçün Gümrüyə səfər edəcək. Tədbir Gümrü Dövlət Xalq Çalğı Alətləri Orkestrinin binasında baş tutacaq”, - deyə Hraparak nəşri qeyd edir. Xatırladaq ki, Akopyan sosial şəbəkələrdə erməni diplomatlarını böyük komplekslərə malik, inamsız, həmişə çaşqın, aydın ideyası və konsepsiyası olmayan insanlar kimi təqdim etmişdi . Bir neçə gündən sonra isə baş nazirin həyat yoldaşı yazdıqlarını sosial şəbəkə hesabından silmişdi.