BRÜSSEL GÖRÜŞÜNDƏKİ İRƏLİLƏYİŞLƏR SÜLHÜ TƏMİN EDƏCƏK

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev Aİ Şurasının prezidenti Şarl Mişel və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında 5 saata qədər davam edən bu ilin 6 aprel və ötən ilin 14 dekabr görüşünün davamı hesab edilir. Görüşdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası müzakirə edilib. Siyasi şərhçilər hesab edirlər ki, Ermənistanın daxilində olan gərginlik sülh məsələsinə mənfi təsir göstərməməlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra regoinda sülh bərqərar olmalıdır.