BİZNES İDEYA - LAZIMSIZ ƏŞYALARDAN ÇANTALAR

Çantalar praktik əşyalar olsalar da, həm də dəbli aksesuar funksiyasını yerinə yetirir. Buna görə də hətta bir neçə çantası olan xanımlar da fərqli, başqalarına bənzəməyən, zövqlə işlənmış çantalar görəndə

onu almaq həvəslərini boğa bilmirlər. Xanımların bu istəyindən istifadə edən böyük şirkətlər hər gün bazara müxtəlif qiymətli, müxtəliq dizaynlı yeni-yeni çantalar çıxarır. Bəs siz bu sahədə böyük şirkətlərlə, tanınan markalarla rəqabət aparıb, artıq çoxdan formalaşmış bazara yeni məhsullar çıxarıb qazana bilərsinizmi? İlk cavabınız “Yox” anlamına gəlirsə, yanılırsınız. Çünki bunu edə bilərsiz və xırda biznesdən başlayıb, bazarda öz yerinizi də tuta bilər və hətta böyük, tanınan markaların rəqibinə də çevrilə bilərsız. Unutmayın ki, nəhəng rəqib hesab etdiyiniz tanınmış markalar da nə zamansa kiçik biznes kimi yaranıb. Ortaya sual çıxır, bəs bunu necə etmək olar? Bunun üçün, maliyyə vəsaiti, avadanlıq, hansısa istehsal sahəsi, bazarda əlaqələr və sair lazımdı axı... Əslində isə bu işi qurmaq üçün, bunların heç biri gərəkli deyil. Gərəkli olan bir az cəsarət, bacarıqlı əllər, bir qədər adi  məişətdə istifadə etdiyimiz iynə, sap, qayçı, atılası parça hissələri, geyinilməyən köhnə paltarlar, məişətdə istifadə edilən kəndir parçaları və ən əsası sizin möhtəşəm fantaziyanız. Bunlardan istifadə etməklə, siz elə öz evinizdə fantaziyanıza uyğun ən müxtəlif dizaynlı, fəqli əl işləri olan çantalar yaratmaqla kifayət qədər ciddi gəlir əldə edə bilərsiniz.  İstehsal etdiyiniz çantaların satışını təşkil etməkdə isə sizə sosial şəbəkələr yardımçı ola bilər. Əl işi olan bu çantaların fotolarını çəkərək sosial şəbəkələrdə paylaşsanız, əmin olun ki, onlara mütləq alıcı tapılacaq. Əsas odur ki, sizin hazırladığınız çantalar öz fantaziyanızın məhsulu olsun, orjinal görünsün, başqalarından fərqlənsin. Orjinal görünmək istəyən insanlar isə mütləq belə fərqli məhsullara diqqət yetirəcək. Və onu da utunmayın ki, internet, yüksək texnalogiyalar əsrindəyik.  Əl işləriniz doğrudan da maraqlı və zövqlü alınsa, onları nəinki Azərbaycanda, internet vasitəsi isə xarici alıcılara da satıb daha çox qazana bilərsiz. Orjinal görünmək istəyən insanlar hər yerdə var. Beləliklə yeni və orjinal biznesiniz ugurlu olsun.