BİZ ELMDƏ FRAKTALIQ
Baxış sayı: 495
Quba Fizika Riyaziyyat və İnformatika təmayüllü liseydə Elm və Təhsil Nazirliyinin keçirdiyi VI Qrant müsabiqəsinin qalibi “Biz elmdə Fraktalıq” adlı layihəsinin təqdimatı olub. Təqdimat mərasimində layihənin müəllifi Fizika Riyaziyyat və İnformatika təmayüllü liseyin tərbiyə işləri üzrə director müavinin Lalə Məmmədova, liseyin təlim-tərbiyə işləri üzrə director müavini Təranə Mərrəmova, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin metodisti Aytən Əlimərdanova və layihə çərçivəsində təşkil ediləcək təlimlərə qatılacaq müəllimlər iştirak edib. Təqdimat mərasimində çıxış edən layihə rəhbəri “Biz elmdə Fraktalıq” layihəsi haqqında bilgi verərək layihənin məqsədlərindən danışdı
Layihənin daşıdığı önəmdən və gözlənilən nəticələrlə bağlı bilgi verildikdən sonra tədbir iştirakçılarının da fikirləri alındı. FRİTL-in təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Məhərrəmova layihə cəlb edilən işçi qrupunun bacarıqlı olmasından və layihədə iştirak edən müəllimlərin yardımı ilə şagirdlərin istər biologiya, istərsə də fizika biliklərinin və bacarıqlarının daha da artacağından əmin olduğunu vurğuladı.
Tədbirin digər iştirakçıları da bölgədə təhsilin inkişafı naminə görülən işləri yüksək qiymətləndirərək, layihə rəhbərinə uğurlar diləyiblər.
Tədbir layihədə çalışacaq komanda üzvləri ilə əməkdaşlıq çərçivəsində görləcək işlərin müzakirəsi ilə davam edib.