BİR NEÇƏ GÜNƏ ƏN YAXŞI ÇİMƏRLİKLƏR BİLİNƏCƏK

Gigiyena və epidemiologiya mərkəzi bu il də Xəzərdə dəniz suyunun monitorinqini keçirib. Havaların isinməsi ilə insanların sərinləmək üçün üz tutduğu əsas məkanlardan biri dənizidir. Artıq çimərlik mövsümünün başlamasına da sayılı günlər qalır. İyunun 15-nə kimi səbr etməyib indidən dənizə gedənlər də kifayət qədərdir. Bütün bunları nəzərə alaraq gigiyena və epidimiologiya mərkəzi monitoriqlərə başlayıb. Dəniz suyunun çirklənmə mənbələrini aşkar etmək üçün götürülən nümunələr ilk olaraq taksikoloji, kimyəvi,bakterioloji və radioloji müayinələrdən keçirilir.