BAYRAQ YÜRÜŞÜ TƏŞKİL OLUNUB

Azərbaycan sərhədçiləri 15 iyun - Milli Qurtuluş Gü­nünün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət Sərhəd Xidməti tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib.

5 km 100 m uzunluqda Dövlət bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5 min nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar.

Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bayrağımızı başları üzərində ucaldıblar.

Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən səkkiz helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.