BALACA DƏYANƏTİN ÖRNƏK DƏYANƏTİ

Ötən süjetlərimizdə Qubalı Dəyanətin hünəri barədə sizləri xəbərdar etmişdik. Bu növzu ilə bağlı Quba rayon icra hakimiyyəti rəhbərliyi Cimi kəndində olub. Bir neçə gün öncə Qubanın Cimi kəndində henər göstərən

12 yaşlı Dəyanətin cəsarəti indi dillər əzbəridir.Ölkəmizin əksər media qurumlarının,kütləvi informasiya vasitələrinin ana mövzularından oldu Dəyanətin 3 yaşlı Qızbikəni sel-sularda  boğulmaqdan xilas edib nənəsinə qovuşdurması, 2 yaş yarımlıq Yusifin isə cansız bədənini tapması xəbəri. İndi Cimidə Abdullayevlər ailəsində sevinc kədərə qarışıb.Qızbikənin xilasınamı  sevinilsin, yoxsa Yusifin itgisinəmi kədərlənilsin? Bir üzü sevincli bir üzü kədərli olan babayla görüşmək üçün Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Cimi kəndinə gedib. Ağsaqqala balaca Yusifin itgisi ilə bağlı başsağlığı verib.Sonra Dəyanətin sel-suların cəngindən xilas etdiyi Qızbikəgilə gəlib və balaca fidanla görüşüb.

Qızbikəgildən Dəyanətgilə gələn Ziyəddin Əliyev  6-cı sinif şagirdi olan məktəbli qəhrəman və ailə üzvləri ilə bir daha görüşüb.Dəyanətin dəyanətliyini bir daha xüsusi təqdir edib və hadisəni esidən kimi rayon icra hakimiyyətində nəktəbli qəhrəmanla görüşdüyünün, səhərisi isə mükafatlandırma keçirilməsinin xoş təəssüratlarını bölüşüb.

Görüşdə Dəyanətin atası oğlunun əməlinə verilən qiymətə, onun hünərinin ictimailəşdirilməsinə görə təşəkkür edib.