BALABANDA “BAROKKO” HAVASI

30 - dan çox filmə musiqi bəstələmiş azərbaycanlı gənc bəstəkar Firudin Allahverdi

qeyri-adi bir lahiyəyə imza atıb. Belə ki, o, əski alətimiz olan balabanı Barokko dönəminə aparmağı bacarıb. Daha dəqiq desək, gənc bəstəkar balaban və ansambl üçün “Barokko” konserti bəstələyib.Bəstəkarın bu əsəri ərsəyə gətirməsində ən böyük işi, milli musiqi alətimiz olan balabanı Barokko dönəmində ifa olunmuş Avropa musiqi alətləri ilə bir araya gətirməyi bacarmasıdır. Qeyd edək ki, bəstəkarın bu konserti bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində musiqisevərlərə təqdim olunub.

{youtube}iCxHLJD7Odc{/youtube}