XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar iyulun 28-dək tədbirlərin
keçirildiyi ərazi üzrə küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən verilən bilgiyə əsasən Bakıda keçirilən festivalla bağlı olaraq beynəlxalq tədbirin keçirildiyi ərazilərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi və Bakıda süni sıxlığın yaranmaması məqsədilə yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müvəqqəti olaraq, yəni, iyulun 28-dək şəhərin mərkəzi istiqamətində yük maşınlarından istifadə etməmələri tövsiyə olunur. Belə ki, Xırdalan dairəsi Beynəlxalq Avtovağzal Kompleksi yanından, Lökbatan dairəsindən yük avtomobillərinin şəhərin mərkəzinə doğru hərəkətinə məhdudiyyət tətbiq edilir və istiqamət dəyişdirilir.
Yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılarına mövcud vəziyyəti nəzərə alıb alternativ variantlar üzrə hərəkət etmələri tövsiyə olunur.