BAKIDA TURİZM SƏRGİSİ KEÇİRİLİB
Baxış sayı: 552
Dünya Sağlamlıq Turizmi Sərgisində 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 60-dan çox məkanından 1000-ə yaxın sağlamlıq turizmi təşkilatı qatılacaq. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutacaq sərgidə çoxsaylı B2B görüşlərin təşkili planlaşdırılır. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunacaq. İştirakçılar sərgi məkanında – “Baku Crystal Hall”da xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edəcəklər.
Pandemiyadan sonra ilk sağlamlıq sərgisinin Bakıda keçirilməsinin məqsədi Azərbaycanın zəngin termal turizm qaynaqlarının dünyada və qardaş Türkiyədə tanıdılmasıdır.Sərginin özəlliklərindən biri də Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarının da termal turizm imkanlarının burada nümayiş etdirilməsidir.