BAKIDA MƏSCİD BİNA KOMPLEKSİNİN AÇILIŞI OLUB

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Qafqazın ən böyük ticarət mərkəzi olan “Sədərək”dəki məscid bina kompleksinin əsaslı təmir və yenidenqurmadan sonra açılısı olub. Respublikanın

Xeyriyyəçi iş adamı, Yusif Qədimbəylinin inşa etdirdiyi məsciddə eyni vaxtda 1000 müsəlman mömin ve möminənin ibadət etməsi uçun şərait yaradılıb.

Məscid binası milli memarlıq üslubunda, səkkiz bucaqlı formada  inşa edilib. Binanın tikintisində dini ornamentlərdən istifadə olunub.Burada dindarlarin rahat ibadət etmələri üçün  her cür şərait yaradılıb.

Onu da qeyd edək ki, Sədərək Ticarət Mərkəzinin ərazisindəki məscid 2007-ci ildə tikilib.