BAKI VƏ İRƏVAN MAYDA SÜLH SAZİŞİNİ İMZALAYACAQ

Rusiya Prezidenti Vladimir Putin mayın 9-da Moskvada Qırmızı meydanda keçiriləcək paraddan öncə 

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək . Bu barədə Ermənistanın “Joxovurd” nəşri mənbələrə istinadla bilgi yayıb.  “Rusiya dairələrindən bizə verilən məlumata görə, razılıq əldə olunacaq ki, may bayramlarından sonra Ermənistan və Azərbaycan Almatıda hansısa sülh sənədi imzalasın.

Paşinyan Ermənistan-Azərbaycan danışıqlarının mərkəzinə Almatı Bəyannaməsini qoyduğu üçün Qazaxıstan imzalanma yeri kimi təsadüfən seçilməyib”, - deyə bilgidə qeyd olunub.Ermənistan baş nazirinin mətbuat xidmətinin rəhbəri Nazeli Baqdasaryan isə məsələ ilə bağlı şərh verməkdən imtina edib. Xatırladaq ki, ötən ay Azərbaycan XİN rəsmi bəyanatla çıxış edərək Ermənistanla sülh müqaviləsi mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Ermənistan XİN də Azərbaycanla sülh sazişinin mətni üzrə danışıqların başa çatdığını təsdiqləyib. Bundan əlavə, İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanma vaxtı və yerini müzakirə etməyə hazır olduğunu da bildirib. #Azərbaycan #Ermənistan #sülh #müqavilə