BAKI-QUBA-RUSİYA YOLUNDA TƏMİR İŞLƏRİ NƏ VAXT BİTƏCƏK?

Bakı – Quba – Rusiya Dövlət Sərhəd yolunun bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Təmir tikinti işləri ilk olaraq Qubadan Bakı istiqamətində deformasiyaya uğramış hissələrdə aparılır. Yolun dağılmış hissələri yararsız moralit beton dağıdılaraq , ərazidən kənarlaşdırılır. Bu işlərin ardınca yol əsasının yararsız quruntuda qazılaraq çıxarılır. Sözü gedən qazıntı işləri ərazidən aslı olaraq 2, 5 m _ ə qədər dərinlikdə icra olunur. Avtomobil yollarının dövlət agentliyinin mətbuat katibi Anar Nəcəfli deyirki, qazılmış əraziyə qurunt tökülür və xususi texnikalardan istifadə olunmaqla kipləşdirmə işləri görülür. Yataq hazır olan ərazilərdə qırma daş layı döşənərək yeni yol əsasının tikintisi aparılır.