BAKI – QUBA YOLU YENİLƏNİR
Baxış sayı: 643
Azərbaycanda turizmin ən çox inkişaf edən bölgələrindən biri də Şimal bölgəsidir. Hər il respublikanın müxtəlif bölgələri ilə yanaşı xarici ölkələrdəndə Şimal bölgəsinə səfər edənlərin sayı çox olur. Səfərlərin isə yorucu və çətinliksiz olması üçün paytaxt Bakıdan bölgəyə gələn yolun istifadəyə yararlı olması gərəkirdi.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğrayan hissəsinin yenidən qurulması işlərinin böyük hissəsi yekunlaşıb və sürücülərin istifadəsinə verilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi vətəndaşların və turistlərin adıçəkilən yoldan təhlükəsiz şəkildə istifadə etməsi, rahat gediş-gəlişin təmin olunması üçün yol boyu qısa zamanda genişmiqyaslı işlər icra olunub. Bunun üçün tikinti işlərinin getdiyi əraziyə gərəkli sayda canlı qüvvə və texnika cəlb edilib.
Hazırda magistral yolun kiçik bir hissəsində yenidənqurma işləri davam etdirilir ki, bu işlərin də yaxın günlər ərzində tam yekunlaşdırılması planlaşdırılır. Qeyd edək ki, görülən yenidənqurma işləri ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə əngəl yaradan sıxıntılar tam olaraq aradan qaldırılır.