BAŞÇI SUSAYLI ŞƏHİD AİLƏSİNƏ DƏSTƏK OLDU
Baxış sayı: 552
Vətəndaşların növbəti səyyar qəbulu Susay kəndində keçirilib
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Susay kənd İnzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Polis şöbəsinin rəis müavini, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.