BAĞLARIN YAĞIŞ HƏSRƏTİNƏ SON QOYULDU
Baxış sayı: 653
Bir müddət havanın quraq və isti keçməsi şimal rayonlarına öz mənfi təsirini göstərdi. Avqust ayında havanın isti, küləkli və yağmursuz olması meyvəçilik və tərəvəzçiliyin inkişaf etdiyi Qubaya öz təsirini göstərib. Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tanrıverdi İsmayılovun sözlərinə görə havanın isti və isti küləkli olması kənd təsərrüfatının bir çox sahələrinə öz mənfi təsirini göstərsə də iki gündür rayona yağan yağışlar öz faydasını verəcək
Bitkiçilik sektorunun müdiri Tanrıverdi İsmayılovun sözlərinə əsasən hazırda Qubada pomidorun kütləvi yığımı aparılır. Lakin yağan yağışın kənd təsərrüfatının bir çox sahələrinə faydası olsa da pomidor sahələrindən məhsul yığımında çətinliklıər yarada bilər. Amma nəzərə alınsa ki, Quba daha çox alma bağları ilə tanınır və yağan yağış meyvənin bioloji yetişməsinə və keyfiyyətinin yüksək olmasına yaxşı təsir edəcək.