BÖYÜK KİTABXANA QURULUB

Çankaya bələdiyyəsi əməkdaşları tullantı kimi atılan kitablarla 2016 ci il may ayındn bu günə kimi toplanan kitablardan 25 min ədəd kitab yığaraq böyük bir kitabxana açdılar.

Çankaya Bələdiyyə Başçısı Alper Taşdelen, bütün Çankayanı təmizləməklə kifayətlənməyən, kitabxana quran və bununla dayanmayıb, kitabxanaya gələ bilməyənlərə kitab daşımaq üçün hərəkətə keçən həmkarları ilə fəxr etdiyini bildirib. Çankaya Bələdiyyəsi əməkdaşlarının zibil qablarının yanına atılan kitabları diqqətlə yığaraq və dezinfeksiya etdikdən sonra yaradığı kitabxana hər kəsin diqqətini cəlb edib. 2016-cı ilin may ayında 3 min 500 kitab ilə açılan kitabxana, hədiyyə ilə 2018-ci ilin sonunda 25 min kitaba çatıb. İstirahət günlərində bu kitabxananın istifadəçiləri daha çox olur. Kitabxanalarının hər kəs üçün açıq olduğunu bildirən kitabxana rəhbərliyi, toplanmış kitabları kənd məktəblərinə və rayon kitabxanalarına çatdırmaq üçün bərpa etdikləri zibil maşınlarını mobil nəqliyyat vasitəsinə çeviriblər. Səyyar kitabxanada çalışanlar, dünya klassikləri, Türk ədəbiyyatı, siyasət, fərdi inkişaf kimi 17 fərqli kateqoriyalı kitablar, ilk növbədə tələbələrə oxuculara çatdırılır. Çankaya Bələdiyyə Başçısı Alper Taşdelen, kitabxananın qurulmasından sonra verilən hədiyyələrin çox dəyərli olduğunu vurğuladı. Taşdelen, bütün Çankayanı təmizləməkdən məmnun olan həmkarları ilə qürur duyduğunu bildirdi. Qeyd edək ki, bu Çankaya bələdiyyə işçilərinin ilk işi deyil. Onlar daha öncə də zibillikdən yığdıqları əşyalarla müsiqi qrupu yaradıblar